“Qarabağ” sürprizə imkan vermədi - Fotolar + Video

qarabag-surprize-imkan-vermedi
Oxunma sayı: 1504

Azərbaycan Premyer Liqasında 25-ci turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, lider “Qarabağ” turu itkisiz başa vurub.

Öz meydanında “Keşlə” ilə qarşılaşan Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb.

“Qarabağ” - “Keşlə” - 3:0

Qollar: Slavçev, 18, Almeyda, 59 (pen.), Zubir, 75