Qarabağ tamamilə minalardan təmizlənəcək- - 5 milyon dollara

qarabag-tamamile-minalardan-temizlenecek-
Oxunma sayı: 1053


“Qafqazinfo” xəbər verir ki, Trend-in RİA Novosti-yə məlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Yerevan ofisinin direktoru Karen Hilliard deyib.

Onun sözlərinə görə, minalardan təmizlənmə ilə məşğul olan “Halo Trust” şirkətinin ayırdğı 5 milyon dollar dəyərindəki qrant çərçivəsində 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcək: “Dağlıq Qarabağda USAID-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir. 2000-ci ildən etibarən 251 sahədə işlər aparılıb, nəticədə təqribən 27 min hektar torpaq sahəsi kənd təsərrüfatı üçün yararlı olub”.

“Halo Trust” Dağlıq Qarabağda fəaliyyəti ərzində 67 mindən çox minanı zərərsizləşdirib.