“Qarabağ” tarixi oyuna çıxır - Yenilənir

qarabag-tarixi-oyuna-cixir
Oxunma sayı: 1239

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə çıxış edən Azərbaycan çempionu “Qarabağ” bu gün meydana çıxacaq.

Ağdam təmsilçisi səfərdə Danimarkanın “Kopenhagen” klubunun qonağı olacaq. Paytaxt klubunu öz meydanında 1:0 hesabı ilə qalib gələn “atlılar” üstünlüyünü qorumağa çalışacaq. 
 
Çempionlar Liqası, pley-off mərhələsi
23 avqust
 
22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Mallenko
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. “Tella Parken” stadionu
İlk oyun – 0:1