“Qarabağ” tarixi səfərə yola düşür

qarabag-tarixi-sefere-yola-dusur
Oxunma sayı: 656

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”lə qarşılaşacaq “Qarabağ” sabah Danimarkaya gedəcək.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu saat 18.00-da çarter reysi ilə Kopenhagenə yola düşəcək.

Xatırladaq ki, ÇL-in pley-off mərhələsinin “Kopenhagen” – “Qarabağ” oyunu avqustun 23-ü keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçında təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

“Qarabağ” səfərdən sərfəli nəticə ilə dönərsə Azərbaycanın futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olacaq.