“Qarabağ” və “Qəbələ” rəsmiləri “Fənərbaxça”nın bazasında - Foto

qarabag-ve-qebele-resmileri-fenerbaxcanin-bazasinda
Oxunma sayı: 1043

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov və “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Fənərbaxça”nın düşərgəsində olublar. “Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 

İbrahimovla Hacıyev “sarı-lacivərtli” komandanın sosial media işləri ilə tanış olub, klubun televiziya kanalı və radiosu yerləşən ərazisini ziyarət ediblər. Daha sonra onlar “Şükrü Saracoğlu” stadionunu gəziblər.