“Qarabağ” vətənə döndü - Foto

“Qarabağ” vətənə döndü
Oxunma sayı: 2193

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” vətənə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə İngiltərə çempionu “Çelsi” ilə qarşılaşan təmsilçimiz bu gün Bakıya dönüb.

Londondan birbaşa reyslə qayıdan komanda 10:00-da paytaxta çatıb. Əsas komanda ilə birgə səfərə çıxan Ağdam klubunun U-19 kollektivi də birgə qayıdıb.

Qeyd edək ki, “Qarabağ”ın əsas komandası “Çelsi”yə 0:6, UEFA Gənclər Liqasında mübarizə aparan U-19 isə 0:5 hesabıyla uduzub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi