“Qarabağ Vyana” azərbaycanlı futbolçu transfer etdi

qarabag-vyana-azerbaycanli-futbolcu-transfer-etdi
Oxunma sayı: 1753

Avstriyanın 3-cü liqasında mübarizə aparan “Qarabağ Vyana” klubu heyətinə 8 futbolçu qatıb.

“Qafqazinfo” xəbər verir ki, yeni transferlərdən biri də "Neftçi"nin U-19 komandasının yarımmüdafiəçisi Emil Fərzəliyevdir.

Onunla rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Emil “Qarabağ Vyan”"da 3-cü azərbaycanlı futbolçu olacaq. Ondan əlavə, bu komandada Elvin Bədəlov və Dmitri Nağıyev də çıxış edir.