“Qarabağ” xal fərqini azaltdı - Video

qarabag-xal-ferqini-azaltdi
Oxunma sayı: 1671

Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında 2-ci pillədəki “Qarabağ”  4-cü pillədəki “Qəbələ”ni qəbul edib.

Matçın taleyi ilk hissədə həll olunub. 3 qolun vurulduğu oyunda “Qarabağ” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisi bu qələbən sonra xalını 37-yə çatdırıb və dünən “Zirə” ilə bərabərə (0:0) qalan lider “Neftçi” ilə xal fərqini birə endirib. “Qəbələ” isə 23 xalda qalıb.

“Qarabağ” - “Qəbələ” - 2:1

Qol: Riçard Almeyda, 4-pen. (1:0), Cavid Hüseynov, 29-pen. (1:1), Filip Ozobiç, 30 (2:1)