“Qarabağ” xaricə yollandı

qarabag-xarice-yollandi
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi məlumata görə, yeni mövsümün hazırlıqlarına 5 gün əvvəl başlayan komanda Türkiyəyə yola düşüb.
Qardaş ölkəyə təlim-məşq toplanışına yollanan Qurban Qurbanovun yetirmələri təlim-məşq toplanışının ilk mərhələsində Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsindəki “Patalya” otelində məskunlaşacaq. Komandanın Türkiyənin paytaxtında hazırlığı 2 həftə davam edəcək. İyulun 14-ü vətənə qayıdacaq ağdamlılar ayın 17-sində təlim-məşq toplanışının 2-ci mərhələsinə başlayacaq. “Qarabağ” bu dəfə Boluda məskunlaşacaq. Komanda İyulun 29-na qədər təlim-məşq toplanışını davam etdirib Bakıya qayıdacaq.