““Qarabağ”a qarşı oyuna nəzarət edə bilmədik” - Qodin

qarabaga-qarsi-oyuna-nezaret-ede-bilmedik
Oxunma sayı: 1059

“Atletiko”nun oyunçusu Dieqo Qodin La Liqanın IX turunda “Selta”ya 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. “Qafqazinfo” xəbər verir ki, uruqvaylı müdafiəçi bu görüşü “Qarabağ”la Bakıda heç-heçə (0:0) etdikləri Çempionlar Liqası oyunu ilə müqayisə edib.

 O, bildirib ki, Ağdam klubu ilə matçdan fərqli olaraq bu dəfə oyunun gedişinə nəzarət etməyi bacarıblar:  

“Qələbəyə ehtiyacımız olduğunu bilirdik. Güclü komandaya qarşı çətin qarşılaşma idi, ancaq bu gün müdafiədə yaxşı oynayıb, ələ düşən imkanlardan istifadə edə bildik. Qoldan sonra çox qaçdıq və yaxşı müdafiə olunduq. Heç-heçədən sonra qalib gəlmək vacib idi. Bir neçə gün əvvəl “Qarabağ”a qarşı oyuna nəzarət edə bilmədik, ancaq bu gün bunu bacardıq. Oyun baxımlı olmasa da, qələbə üçün hər şeyi etdik və əsas olan da 3 xalı əldə etməkdi”.