“Qarabağda 1000-ə qədər məscid dağıdılıb”- - Video

qarabagda-1000-e-qeder-mescid-dagidilib-
Oxunma sayı: 969


“Qafqazinfo”nun Ans tv-ə istinadən məlumatına görə, bu açıqlamanı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində deyib. O erməni tərəfinin Azərbaycana məxsus ərazilərində yalnız müsəlman abidələri deyil, digər dinlərə məxsus məbədlərin də dağıtdığını diqqətə çatdırıb.

İşğal olunmuş ərazilərdə mindən artıq tarixi abidə dağıdılıb. M. Qurbanlı dağıdılan abidələrin içərisində, kitabxanaların, mədəniyyət ocaqlarının, məscidlərin, dini abidələrin olduğunu vurğuladı. Ermənilər tək müsəlman abidələrini deyil, eyni zamanda xiristian abidələrini də dağıdıblar.