Qarabağda erməni əsgər ürək tutmasından öldü

Qarabağda erməni əsgər ürək tutmasından öldü
Oxunma sayı: 241

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü hərbi qulluqçu Frunzik Tamazyan Ağdərədə yerləşən xəstəxanada ürəyinin dayanması səbəbindən dünyasını dəyişib. 

İlkin məlumata görə, əsgər xəstəxanaya kəskin ürək çatışmazlığı diaqnozu ilə ağır vəziyyətdə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. 

Hadisənin detallarını aydınlaşdırmaq üçün araşdırma aparılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi