Qarabağda erməni əsgər xidmət yoldaşını öldürüb - Yenilənib

qarabagda-ermeni-esger-xidmet-yoldasini-oldurub
Oxunma sayı: 1341

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb.

“Qafqazinfo”nun “tert.am” saytına istinadən verdiyi xəbərə görə, insident martın 26-da qondarma Qarabağın şimal-şərq hissəsində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.

Məlumata görə, ölən şəxs 1998-ci il təvəllüdlü Arakelyan Ara Qevorqoviçdir.

Faktla bağlı araşdırma aparılır.

***

“news.am” xəbər verir ki, separatçı rejimin nümayəndəsi Naira Arutyunyan bildirib ki, kiçik çavuş Ara Arakelyan digər hərbi xidmət yoldaşı tərəfindən güllələnib.

Onun sözlərinə görə, A. Arakelyan ölümcül güllə yarası alıb, onun xidmət yoldaşı olan kiçik çavuş Andranik Koşkanyan isə sol biləyindən güllələnib. 

Koşkanyan Arakelyanın qətlində şübhəli bilinərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.