Qarabağda erməni hərbçisi öldü

qarabagda-ermeni-herbcisi-oldu
Oxunma sayı: 1548

İşğal altında olan Dağlıq Qarabağda 21 yaşlı erməni hərbçisi ölüb.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qarabağın cənub-şərqində qanunsuz hərbi hissələrin birində 1997-ci il təvəllüdlü Gevorq Aroyan saat 10:50 radələrində naməlum səbəblərdən odlu silahdan ağır yaralanıb. Günorta saatlarında hospitala çatdırılan erməni əsgər orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.