Qarabağda etiraz aksiyaları - 4 yüksək vəzifəli istefa verdi

qarabagda-etiraz-aksiyalari
Oxunma sayı: 4048

Qondarma Dağlıq Qarabağ Respublikasında bu gün bir neçə yüksək vəzifəli məmur istefa verib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlardan biri Milli Təhlükəsizlik Xidmətinin direktoru, general-leytenant Arşavir Qaramyan, digəri qondarma respublikanın dövlət naziri Araik Arutyunyan və Qarabağın (qondarma) polis rəisi, general-mayor Kamo Aqacanyandır. 

Bu gün istefasını açıqlayanlar arasında Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəisi Vaqram Şaqinyan da var.

Ard-arda gələn istefalar işğal altındakı qondarma respublikada baş verən kütləvi etiraz aksiyalarından sonra baş verib. 

Qeyd edək ki, etiraz aksiyaları Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının mülki vətəndaşlarla əlbəyaxa davasını əks etdirən görüntülərin yayılmasından sonra başlamışdı. Həmin davadan sonra 15 nəfər saxlanılmışdı.