“Qarabağ”da günün ikinci transferi

qarabagda-gunun-ikinci-transferi
Oxunma sayı: 3357

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” bu gün ikinci transferini rəsmiləşdirib.
 
“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb.
 
Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib. Rahil Məmmədov “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.