“Qarabağda hər hansı modeli tətbiq etmək mürəkkəb olar”

qarabagda-her-hansi-modeli-tetbiq-etmek-murekkeb-olar
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyində keçirilən konfransda İsveçin xarici işlər naziri Karl Bildt deyib. O, muxtariyyət əldə etmiş İsveçin Alan adaları modelinin Qarabağ üçün real olub-olmamasına münasibət bildirib: “Alan adalarında referendum keçirilmişdi. Oranın 90 faiz əhalisi İsveçə birləşmək istəyirdi. Lakin müəyyən danışıqlardan sonra onlar muxtariyyətə nail oldular. Sırf Qarabağda hər hansı bir modeli tətbiq etmək mürəkkəb olardı. Amma inanıram ki, bəzi ilhamverici nümunələr var ki, onlar burada tətbiq oluna bilər”.

Nərgiz Ehlamqızı