Qarabağda hərbi maşın aşıb, 15 erməni hərbçi yaralanıb

Qarabağda hərbi maşın aşıb, 15 erməni hərbçi yaralanıb
Oxunma sayı: 48

Ötən gün axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

V.Qriqoryan öz keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan, Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər ziyan çəkiblər.

V.Qriqoryanın sözlərinə görə hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç nəfər əsgərin vəziyyəti ağır qiymətləndirilir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi