“Qarabağ”dan ayrılan iki futbolçu özünə yeni klub tapdı

qarabagdan-ayrilan-iki-futbolcu-ozune-yeni-klub-tapdi
Oxunma sayı: 3706

Yeni mövsüm üçün heyətini formalaşdırmaq üzrə çalışmalar aparan “Səbail” iki futbolçu ilə anlaşıb.

“Qafqazinfo” xəbər verir ki, paytaxt klubu “Qarabağ”dan ayrılan Rahid Əmirquliyev və Ağabala Ramazanovu heyətə cəlb edib.

Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu gün “Səbail” 10 oyunçusunu sərbəst transferə buraxıb. Müqavilələri başa çatan 8 futbolçu - Vüqar Nadirov, Elman Taqayev, Ruslan Əmircanov, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vaxit Orazsaxedov, Nurlan Novruzovla yeni müqavilə imzalanmayıb. Raul Yaqubzadə və Kərim Diniyev ilə müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib.