“Qarabağ”dan ayrıldı, Polşaya getdi

qarabagdan-ayrildi-polsaya-getdi
Oxunma sayı: 2572

“Qarabağ”dan ayrılan Anton Kanibolotskinin yeni klubu məlum olub.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı qapıçı Polşanın “Medz” klubuna transfer olub.

30 yaşlı futbolçu 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Anton Kanibolotski “Qarabağ”a ötən il Donetsk “Şaxtyor”undan keçmişdi. O, Ağdam təmsilçisinin heyətində cəmi 6 oyunda forma geyinib.