“Qarabağ”dan azarkeşlərə müraciət

qarabagdan-azarkeslere-muraciet
Oxunma sayı: 2381

Xəbər verdiyimiz kimi, bu gün Ağdamın “Qarabağ” komandası Azərbaycan Premyer Liqasının üçüncü turunda “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, oyuna gələcək azarkeşlər avqustun 30-da UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Moldovanın “Şerif” komandası ilə keçiriləcək qarşılaşma üçün biletlərini məhz “Azərsun Arena”da ala biləcəklər.

“Azərsun Arena”nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.

Qeyd edək ki, “Qarabağ”-“Şerif” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.