“Qarabağ”dan azarkeşlərə şad xəbər - Xüsusi avtobuslar ayrıldı

“Qarabağ”dan azarkeşlərə şad xəbər
Oxunma sayı: 1558

Xəbər verdiyimiz kimi, "Qarabağ" bu gün Çempionlar Liqasının qrup mərhələsinin III turunda saat 20:00-da Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubunu qəbul edəcək. 

"Qafqazinfo" xəbər verir ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klub Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb və matçdan sonra azarkeşlər üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlib. 

Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında 20 Yanvar metrostansiyası, 28 May metrostansiyası və Qara Qarayev metrostansiyasına ödənişsiz olaraq azarkeşlərimiz üçün xüsusi avtobuslar ayrılıb.

Azarkeşlərin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi