““Qarabağ”dan belə oyun gözləmirdik” - Qrizmann

““Qarabağ”dan belə oyun gözləmirdik”
Oxunma sayı: 2349

““Qarabağ” bizə qarşı çox yaxşı mübarizə apardı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Atletiko”nun futbolçusu Antuan Qrizmann deyib.

Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”ın qonağı olub. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Oyundan sonra açıqlama verən fransalı futbolçu fikirlərini bildirib:

“Bizim üçün çox ağır vəziyyətdir. Qələbə qazanmaq istəsək də, alınmadı. Bu vəziyyətdən çıxış yolu tapmalıyıq. “Qarabağ”dan belə oyun gözləmirdik. Bu gün xal itirdik və bundan sonrakı bütün oyunlarımızda qələbə qazanmalıyıq”. 

Qrizmann komandasının qrupdan çıxmaq şanslarını dəyərləndirib:

“Çempionlar Liqası ilə vidalaşdığımızı düşünmürəm. Bundan sonrakı bütün oyunlarda qələbə qazanmaq vacibdir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi