“Qarabağ”dan çətin qələbə

qarabagdan-cetin-qelebe
Oxunma sayı: 1254

Bu gün Azərbaycan kubokunda ¼ final mərhələsinin ilk oyunlarına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, ilk mərhələnin son matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

Ağdam təmsilçisi ilk hissəni məğlub başa vursa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirib və matçdan 2-1 qalib ayrılıb.

Qeyd edək ki, ¼ final mərhələsinin cavab oyunları dekabrın 14-15-də olacaq.

“Qarabağ” – “Sumqayıt” - 2:1

Qollar: 57 - Riçard Almeyda, 85 - Pedro Enrike // 24 - Rəşad Eyubov.

Qırmızı vərəqə: 88 - Fərhad Vəliyev.