“Qarabağ”dan möhtəşəm xoreoqrafiya - Foto+ Video

“Qarabağ”dan möhtəşəm xoreoqrafiya
Oxunma sayı: 4217

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” matçının startında möhtəşəm xoreoqrafiya nümayiş etdirilib. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng plakatda “The Glorious” (Şərəf “Qarabağ) və “Far away from home but where you belong” (“Evdən uzaq, amma aid olduğun yer”) sözləri yazılıb.

“Qarabağ” azarkeşləri bununla dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsinin mesajını veriblər.

Mərkəzi tribunada 20 minə yaxın azarkeş əllərində tutduqları rəngli vərəqlərlə Azərbaycan bayrağının təsvirini də yaradıblar.

Xatırladaq ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel oktyabrın 10-da keçirilən “Qarabağ” – “Atletiko”oyununda azarkeşlərin hazırladığı plakatı təhqir etmişdi. Belə ki, o,  “Ezik kareoqrafi"  adlı köşəsində  tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırmışdı. 

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olmuşdu.  Bundan sonra Tezelin yazısı qəzetin saytından silinmiş, yazar isə sosial şəbəkədə Azərbaycan xalqından üzr istəmişdi.

Fotolar və Video: Nuran Məmmədov



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi