“Qarabağ”dan tarixi xal - Yenilənib

“Qarabağ”dan tarixi xal
Oxunma sayı: 4521

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunlarına yekun vurulacaq.

“Qafqazinfo”  xəbər verir ki, ikinci matç günündə A,B,C,D qrupunun oyunları keçiriləcək.

C qrupunda “Qarabağ” Bakı Olimpiya Stadionunda “Atletiko” Madridi qəbul edəcək. Qrupda digər oyun isə "Çelsi"  və"Roma" arasında olacaq.

A qrupu

22:45. MOİK (Rusiya) - "Bazel" (İsveçrə)

22:45. "Benfika" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə)

B qrupu

22:45. "Bavariya" (Almaniya) - "Seltik" (Şotlandiya)

22:45. "Anderlext" (Belçika) - PSJ (Fransa)

C qrupu

20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (İspaniya)

22:45. "Çelsi" (İngiltərə) - "Roma" (İtaliya)

D qrupu

22:45. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

22:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yuventus)

***

Komandalar aşağıdakı heyətlərlə çıxacaq:
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. ANsi Aqolli, 55. Bədavi Hüseynov.

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo QOdin, 3. Filipe Luis, 7. ANtuan Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko, 14. Qabi, 16. Sime Vrsalijko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Mariya Ximenes.

***

Hakimin start fiti ilə oyun başladı.

Qeyd edək ki, oyunu 50 minə yaxın azarkeş stadiondan izləyir.

***

Matçın 53-cü dəqiqəsində Miçel, 59-cu dəqiqəsində isə Ndlovu sarı kartla cəzalandırıldı.

***

Görüşdə 70 dəqiqə geridə qaldı. Hələ ki, hesab açılmayıb.

***

75-ci dəqiqədə mübahisəli epizod olub. Belə ki, Ndlovu rəqib müdafiəçini keçərkən yerə yıxılıb. Hakim bunu simulyasiya kimi dəyərləndirib və hücumçumuzu ikinci sarı kartla cəzalandırıraq meydandan qovub.

***

Matç qolsuz başa çatıb. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb.






















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi