““Qarabağ”dan təklif almışıq” - İtaliyalı forvardın agenti

qarabagdan-teklif-almisiq
Oxunma sayı: 643

“Qarabağ”ın transfer etmək istədiyi italiyalı forvard Nikola Sitronun agenti Alberto Berqossi açıqlama verib. Sport24.az xəbər verir ki, “Trapan”i klubunun hücumçusunun agenti futbolçuya Ağdam klubundan təklif gəldiyini təsdiq edib. 

“Sitroya Azərbaycandan təklif gəlib. “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək və müştərimin xidmətindən yararlanmaq istəyirlər. Nə olacağını isə görəcəyik. Qarşıda zaman var”.

Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.