“Qarabağ”dan yeni transfer

qarabagdan-yeni-transfer
Oxunma sayı: 4423

“Qarabağ” heyətinə yeni oyunçu cəlb edib. 

“Qafqazinfo”nun Apasport.az-a istinadən məlumatına görə, ağdamlılar hücum xəttini gücləndirib.
 
Belə ki, komanda İnnosent Emeqara ilə anlaşıb. Daha əvvəl də “Qarabağ”da oynamış isveçrəli hücumçunun keçidinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
 
2014/15 mövsümündə qısa müddət Azərbaycan çempionunun heyətində çıxış etmiş Emeqara meydana çıxdığı 7 oyunda 4 qol vurmuşdu.
 
Qeyd edək ki, onun son klubu Kipr təmsilçisi “Ermis” olub.