“Qarabağ”ı 5-ci çempionluqdan 1 qələbə ayırır

“Qarabağ”ı 5-ci çempionluqdan 1 qələbə ayırır
Oxunma sayı: 617

Topaz Premyer Liqasında cari mövsümün qalibinin adı növbəti turda müəyyənləşə bilər. “Qafqazinfo” xəbər verir ki, "Qarabağ"ın 201/18 mövsümünün çempionu olması XXIV turda, yəni sona 4 tur qalmış rəsmiləşə bilər. 

Bu, liderin ən yaxın izləyicisi "Qəbələ"nin ardıcıl 4-cü tur xal itirməsindən sonra gündəmə gəlib. Nəticədə Qurban Qurbanovun komandası "qırmızı-qaralar"ı artıq 14 xal qabaqlayır. Deməli, "Qarabağ" növbəti turda aprelin 21-də "Sumqayıt"a səfərdə qalib gələrsə, "Qəbələ"nin "Neftçi"ylə "Bakcell Arena"dakı matçının nəticəsindən asılı olmayaraq əlçatmaz olacaq. Çünki Roman Qriqorçukun komandası qalib gəlsə belə, sona 4 tur qalmış 14 xallıq fərqi aradan qaldırması mümkün olmayacaq. 

"Qarabağ" növbəti turda heç-heçə edərsə, "Qəbələ" qalib gələrsə, xal fərqi 12 olacaq. Bunu isə sona 4 turda aradan qaldırmaq mümkündü. Üstəlik, bu komandaların Qəbələdə qarşılaşması var. "Qarabağ" Sumqayıtda xal itirsə belə, növbəti turda çempionluğunu bayram edə bilər. Bunun üçün 1 gün gözləyərək, "Qəbələ"nin xal itirməsinə ümid etməlidi. 

Qeyd edək ki, son 4 mövsümün çempionu "Qarabağ" ardıcl 5-ci dəfə qızıl medalçı olarsa, milli çempionatımızdakı öz rekordunu yeniləmiş olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi