““Qarabağ”ı kifayət qədər ciddiyə almışdıq” - Batuşayi

““Qarabağ”ı kifayət qədər ciddiyə almışdıq”
Oxunma sayı: 892

“Çelsi”nin belçikalı forvardı Mişi Matuşayi Çempionlar Liqasından danışıb. “Qafqazinfo” xəbər verir ki, yerli mətbuata açıqlama verən futbolçu turnirin start oyununda “Qarabağ” üzərində qazanılan 6:0 hesablı qələbəni şərh edib. 

Hücumçu “Qarabağ”ı ciddiyə aldıqlarını, ÇL-də heç bir matçın asan keçmədiyini bildirib: “Bizim üçün əla oyun oldu. Xüsusən, mən, Markos Alonso, David Zappakosta və Nqolo Kante üçün seçilən matç idi. Çünki bizim “Çelsi” ilə Çempionlar Liqasında ilk matçımız idi.

Bu cür qələbə ilk oyunumuz üçün əladır. Bilirsiz, mən çox meydana çıxmıram. Amma hansı matçda oynamışamsa, əla nəticə qazanmışıq. “Qarabağ”ı kifayət qədər ciddiyə almışdıq. Çünki ÇL-də zəif komanda və ya zəif oyun yoxdur. Hər matçda qalibiyyət haqqında düşünüb, motivasiya olmaq lazımdır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi