““Qarabağ”ı məğlub etmək inanılmazdır” - Devid Hill

““Qarabağ”ı məğlub etmək inanılmazdır”
Oxunma sayı: 1461

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində evdə “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edən Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili mətbuat konfransında fikirlərini bölüşüb.

“Qafqazinfo” “Belfast Live” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis “Vindzor Park”da böyük futbol gecəsinin yaşandığını deyib:
 
“Bu gecə futbolçuların performansını görmək inanılmaz idi. Bu, məni təəccübləndirmədi. çünki uşaqların bacarıqlı olduğunu bilirəm. Onlar irəli ilk qoldan sonra getməyə davam etdi və bu gecə istədiklərimizi yerinə yetirdilər.
 
“Qarabağ”ı məğlub etmək inanılmazdır. Bu qalibiyyətin mənim Şimali İrlandiya yığmasının heyətində İngiltərə və İspaniya üzərindəki qələbələr kimi, böyük xatirəsi var. Burada bir çox gecə özümü dünyanın ən uc nöqtəsindəki kimi hiss etmişdim. Bu oyun futbolçular həqiqətən də məni heyran etdi. "Vindsor Park"da möhtəşəm gecələrdən biri idi.
 
“Qarabağ” kimi rəqiblə oyunda uduzan zaman ən pis hadisələrdən qorxursunuz. Ancaq meydanın hər qarışında mübarizə aparırdıq. Bu oyunda bəxtimiz bir neçə epizodda gətirdi, amma nizamı qoruduq.
 
Qələbə futbolçulara böyük ruh yüksəkliyi verdi. İştah, enerji və qollar. Bir həftə sonra Bakıda cavab görüşünə çıxacağıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi