“Qarabağ”ı təhqir edən yazara məşhur serialdan cavab - Video

qarabagi-tehqir-eden-yazara-meshur-serialdan-cavab
Oxunma sayı: 4608

Xəbər verdiyimiz kimi, Türkiyənin FOX kanalında yayımlanan “Savaşçı” serialının ötən həftə efirə gedən 22-ci seriyasında Azərbaycanla bağlı səhnəyə də yer verilmişdi.

“Qafqazinfo”nun məlumatına görə, bazar günü yayımlanacaq 23-cü seriyada “Kılıç” manqası Şimali İraqda qaçırılan azərbaycanlı neft mühəndislərini terrorçuların əlindən xilas etməyə çalışacaq.

Yeni seriyada Dağlıq Qarabağla bağlı ifadələr də yer alıb. Belə ki, torpaqlarımızın Ermənistan tərəfindən işğal altında olduğu və illərdir sərhəddə düşmənə qarşı mübarizə aparmağımız qeyd edilib.

Bundan başqa, “Kılıç” manqası A4 vərəqləri üzərində yazılmış QARABAĞ plakatını da tutaraq “Qarabağ” klubuna da dəstəyini göstərib.

Xatırladaq ki, “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel oktyabrın 10-da keçirilən “Qarabağ” – “Atletiko”oyununda azarkeşlərin hazırladığı plakatı təhqir etmişdi. Belə ki, o, “Ezik kareoqrafi”  adlı köşəsində tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırmışdı.

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olmuşdu.  Bundan sonra Tezelin yazısı qəzetin saytından silinmiş, yazar isə sosial şəbəkədə Azərbaycan xalqından üzr istəmişdi.

“Savaşçı” serialı bu hadisəyə göndərmə edərək Mövlud Tezelə sillə kimi cavab verib.