“”Qarabağ”ı və məni qane edək təklif olsa, düşünərəm” - Şehiç

qarabagi-ve-meni-qane-edek-teklif-olsa-dusunerem
Oxunma sayı: 1124

“Dörd gün sonra, yanvarın 21-də milli komandaya qoşulacam. “Qarabağ”ın baş məşqçiləri ilə söhbət etdim və onlar mənim yığmaya getməyimə razılıq verdilər”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina mətbuatına açıqlamasında İbrahim Şehiç deyib.

O, ölkəsinin yığma komandasının ABŞ-da keçirəcəyi yoldaşlıq görüşləri üçün heyətə dəvət almasından danışıb: “Antalyadan İstanbula gedəcəm. Çünki biz ABŞ-a yollanacağıq. Robert Prosineçkini yaxşı tanıyıram. Çünki o, Azərbaycan millisində işləyirdi. Həmçinin Robert məni yaxşı bilir. Çünki ”Qarabağ”ın oyunlarını izləyirdi və oyunuma bələddir”.

Şehiç həmyerlilərinə “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışından da söz açıb: “Biz qrup mərhələsinə adlamaq üçün çox səy göstərdik. 6 oyun keçirdik və böyük komandalara qarşı oynadıq. Dayanmaq fikrimiz yoxdur. İstəyirik ki, o həyəcanı təkrar yaşayaq. Hazırda bütün fikrim “Qarbaağ“dadır. Lakin mənim üçün klubuma onları razı salan təklif olsa və bu məni də qane etsə, düşünə bilərəm. “Qarabağ”dakı insanlar mənə çox şey verdilər və mən onun qarşılığını verməliyəm”.