“Qarabağı “Yeni SSRİ”də görməyə şad olarıq”

qarabagi-yeni-ssride-gormeye-sad-olariq
Oxunma sayı: 1620


“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, bu barədə Yerevanda jurnalistlərə açıqlamasında Ermənistan-Rusiya parlamentlərarası Komissiyanın sədri Nikolay Rıjkov bildirib. 

Onun sözlərinə görə, əsas məsələ Qarabağın Aİİ-yə hansı statusda daxil olmasıdır: “Əgər Qarabağ Ermənistan torpağı olsa onda heç bir problem yoxdur. Siz qaydaları bilirsiniz: Həll edilməmiş problemi olan ərazilər ittifaqa qəbul olunmur. Qarabağ məsələsi həll edilən kimi, biz onu Aİİ-nin tərkibində görməyə şad olacayıq”, - deyə Rıjkov əlavə edib. 

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb. 

Saziş imzalanan qədər Ermənistan rəsmiləri dəfələrlə Aİİ-yə Dağlıq Qarabağla birgə daxil olacaqlarını bildirirdilər.