““Qarabağ”ın adı böyük olmasa da...” - Vitse-kapitan

qarabagin-adi-boyuk-olmasa-da
Oxunma sayı: 2378

“Sportinq”in yarımmüdafiəçisi Bruno Fernandes Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.

“Qafqazinfo”” xəbər verir ki, futbolçu Azərbaycan təmsilçisini yaxşı tanıdıqlarını və ehtiyatlı oynamalı olduqlarını bildirib:

““Qarabağ” yaxşı komandadır. Baxmayaraq ki, ad olaraq böyük deyil, amma özlərini göstərə bilirlər. Rəqiblərə problem yaradan komandadır. Bizim üçün çətin olacağını düşünürəm. Amma ümid edirəm ki, daha bir zəfər qazanacağıq. Avropa Liqasına 3 xalla başlamaq lazımdır”.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.