““Qarabağ”ın çörəyini yemişəm” - Rauf Əliyev

qarabagin-coreyini-yemisem-rauf-eliyev
Oxunma sayı: 646

”Bakı”nın “Turan”a qarşı oynadığı dünənki oyun barədə nə deyə bilərsən?
- Onu deyə bilərəm ki, birinci hissə bir qədər çətin keçdi. Doğrudur qol vura bildik amma “Turan”ın ciddi müqaviməti ilə üzləşdik. İkinci hissədə isə tam fərqli oyun nümayiş etdirdik və bir-birinin ardınca qollar vurduq. Bizə çox lazım olan 3 xalı qazandıq. Ötən turda “Sumqayıt”la görüşdə xal itkisinə məruz qaldıq bu da 6-lığa gedən yolda bizə ağır zərbə vurdu. Ancaq bu futboldur hər şey ola bilər. Bundan sonra bütün oyunlara yalnız qələbə qazanmaq üçün çıxacağıq.

“Bakı”nın 6-lığa düşmək şanslarını necə qiymətləndirirsən?
- Şansımız hələki var. Qarşıda bizi 3 çətin oyun gözləyir hansı ki, bütün bu görüşlərdə qələbə qazanmalıyıq. Bundan əlavə bizimlə bərabər 6-lıq uğrunda mübarizə aparan rəqiblərimizində oyunları var. Yəni biz öz oyunlarımızı udmalıyıq və rəqiblərimizin xal itirməsinə ümid etməliyik. Belə olduğu halda 6-lığa düşmək şansımız daha da artacaq .

Çempionluğa oynayan bir klubdan, 6-lığa qalmaq uğrunda mübarizə aparan kluba transferin haqqında nə deyə bilərsən?
- Əslində “Bakı” hər il çempionluğa oynayan bir klubdur. Sadəcə olaraq bu il işlərimiz düz gətirmədi və uğursuz nəticələr əldə etdik. Futbolda belə hallar çox olur. Burada qeyri-adi bir şey yoxdur. Bir neçə il dalbadal yüksəliş dövrü keçən komanda, vaxt gəlir ki, çətinliklərlə üzləşir və uğursuz çıxış edir. Ancaq “Bakı” üçün hələ hər şeyin sonu deyil. Dediyim kimi biz qarşıdan gələn oyunlarda qələbə qazanaraq hazırkı vəziyyətimizi kökündən dəyişə bilərik.

- Konkret olaraq səni “Qarabağ”dan getməyə nə vadar etdi?
- “Qarabağ”dan özüm getmək istədim. Hər bir profesional futbolçu ara bir kariyerasında dəyişiklik etmək istəyir. Bir klubun heyətində bütün kariyerası boyu oynayan çox az futbolçu var. Mən də tam başqa bir həyat yaşamaq istədim və ona görə də “Bakı”nı seçdim.Həm də ki, mənə elə gəlir ki, bir klubda uzun müddət oynayanda bəzi sıxıntılar yaranır. Bir sözlə desəm, dəyişikliyə ehtiyacım var idi və bunu da etdim.

Bir çox futbolçular əvvəlki klublarına qol vurduqda sevinmirlər. Bəs sən “Bakı”nın heyətində “Qarabağ”a qol vursan sevinəcəksənmi?
- İndidən bir şey demək çox çətindir. Ancaq onu deyə bilərəm ki, “Qarabağ” həmişə mənim üçün doğma klub olub və elə də qalacaq. Mənim orada çox gözəl günlərim keçib, “Qarabağ”ın çörəyini yemişəm. Bu cür şeylərə hər zaman hörmətlə yanaşacam. Əlbəttə, “Bakı”nın heyətində “Qarabağ”a qol vursam, elə de sevindirici hal olmayacaq mənim üçün.

Növbəti tur 6-lıq uğrunda mübarizə aparan başqa bir klubla,“Azal”la qarşılaşacaqsınız. Bu görüşə necə hazırlaşırsınız?
-“Azal”la oyuna demək olar ki, dünəndən etibarən hazırlaşmağa başlamışıq. Dünənki oyundan sonra komanda bir araya gəldi və növbəti oyunun müzakirəsi olundu. Hamı tam ciddiyyəti ilə növbəti görüşə hazırlaşır. Çünki bizim artıq xal itirmək şansımız yoxdur.

İqbal