“Qarabağ”ın daha bir rəqibi bəlli oldu

qarabagin-daha-bir-reqibi-belli-oldu
Oxunma sayı: 662

Dünən Xorvatiya çempionunun kimliyinə aydınlıq gəlib. “Qafqazinfo” xəbər verir ki, bu “Riyeka” klubudu. Son turda evdə “Çibaliya”nı məğlub edən (4:0) komanda ilk pillədəki yerini rəsmiləşdirib.

Bununla da riyekalılar Zaqreb “Dinamo”sunu qabaqlayaraq ÇL-ə vəsiqəni təmin edib və “Qarabağ”ın potensial rəqibləri sırasına adını yazdırıb. Aktivində 15.500 xal olan “Riyeka” bu mənada Zaqreblilərdən fərqli olaraq ağdamlılardan geridə qalır.

Qurban Qurbanovun komandasının hazırda əmsalı 18.050-ə bərabərdi. Əgər Polşada “Legiya”, Çexyiada isə “Viktoriya” çempion olmasa “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində səpələnmişlər qrupunda yer alacaq. Bu da təmsilçimizin sözügedən mərhələdə də reytinqcə özündən aşağı rəqiblə qarşılaşması deməkdi.