“Qarabağ”ın futbolçusu federasiyadan icazə aldı, millinin düşərgəsinə yollanmadı

qarabagin-futbolcusu-federasiyadan-icaze-aldi-millinin-dusergesine-yollanmadi
Oxunma sayı: 1176

“Qarabağ”ın futbolçusu Donald Gerye Haiti millisinin düşərgəsinə yollanmayıb.

“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, ötən günlərdə oğlu dünyaya gələn 29 yaşlı cinah futbolçusu yığmanın düşərgəsinə yollanmamaq üçün federasiyaya müraciət edib.

Haiti Futbol Federasiyası futbolçunun xahişini nəzərə alıb və ona icazə verib.

Gerye 2010-cu ildən Haiti millisinə dəvət alır. O, millinin heyətində 41 oyunda 9 qol vurub.

Qeyd edək ki, Haiti Şimal və Mərkəzi Amerika üzrə seçmə mərhələnin 3-cü turunda noyabrın 18-də səfərdə Nikaraqua ilə qarşılaşacaq.