“Qarabağ”ın futbolçusu Messiyə qarşı oynamaqdan imtina etdi

qarabagin-futbolcusu-messiye-qarsi-oynamaqdan-imtina-etdi
Oxunma sayı: 2046

Haiti millisinin üzvü “Qarabağ”ın yarımmüdafiəçisi Donald gerye mayın 29-da Argentinaya qarşı keçirəcəkləri yoldaşlıq görüşündə iştirak etməyəcək. “Qafqazinfo” xəbər verir ki, futbolçu özü bundan imtina edib.

O, yerli mətbuata açıqlamasında bunun səbəbini də açıqlayıb: “Niyə bu siyahıda olmadığım bəllidir. Hər şey öncədən planlaşdırılıb. Mən Haiti Futbol Federasiyasının rəhbərliyi ilə danışdım. Mənə dedilər ki, mayın 29-u yoldaşlıq görüşü olacaq. Onlara dedim ki, gələ bilməyəcəm. Çünki məzuniyyətimi planlaşdırmışam və oteldə 6 ailə üzvü üçün otaq bron etmişəm. 3 gün ərzində Mayamidə 1400 dollar, bir həftə ərzində “Dekameronda” 2 min dollar, 2 gün də “Royal Oasis”də 800 dollar vermişəm. Həm də bacımın uşağı dünyaya gəlib və onu ziyarət etməliyəm. Klubum Çempionlar Liqasında oynayacaq üçün cəmi 8 gün məzuniyyətim var. “Qarabağ” son oyununu 21 mayda oynayacaq. Hesab edirəm ki, 3 həftə Avstriyada hazırlıq keçəcəyik.

Ən geci iyunun 1-də klubun düşərgəsində olmalıyam. Mayın 22-də Argentinaya getmək və 30-u qayıtmaq çətin olardı. Həm də ailəm üçün çox darıxmışam. Başa düşmürəm burda nə anlaşılmazlıq var”.