“Qarabağ”ın futbolçusu təkzib etdi - “Millinin düşərgəsindəyəm”

qarabagin-futbolcusu-tekzib-etdi
Oxunma sayı: 1133

“Qarabağ”ın futbolçusu Donald Geryenin övladı dünyaya gəldiyi üçün Haiti millisinin düşərgəsinə getmədiyinə dair xəbərlər yayılıb.

Lakin futbolçu “Qafqazinfo”ya açıqlamasında bunu təkzib edib.

O bildirib ki, hazırda milli komandanın düşərgəsindədir: “Hazırda milli komandanın düşərgəsindəyəm və məşqlərə də başlamışam”.

Qeydn edək ki, Donald Geryenin bir neçə gün öncə oğlan övladı dünyaya gəlib.