“Qarabağ”ın ilk legioner transferi - Ukraynalı qapıçı

qarabagin-ilk-legioner-transferi
Oxunma sayı: 641

Qarşıdakı mövsüm  üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu ukraynalı qapıçı Anton Kanibolotski ilə 2 illik müqavilə imzalayıb.

Qolkiper artıq çempionumuzun Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı "çərçivə qoruyucusu" geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.