“Qarabağ”ın matçına bilet tükənir - Azarkeşlər əliboş qayıdırlar+ Fotolar

“Qarabağ”ın matçına bilet tükənir
Oxunma sayı: 2361

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə matçın biletlərinin 27 mini satılıb.

“Qafqazinfo”nun əməkdaşının verdiyi xəbərə görə, hazırda Tofiq Bəhramov adına Respublika stadionunun qarşısındakı kassalar erkən bağlanıb.

Satışa çıxarılan 30 min biletdən 3 mini qalıb ki, bunlar da sabah satılacaq.

Kassalar önündə yüzlərlə azarkeş əliboş şəkildə geri qayıdırlar. Məlumata görə, hazırda “qara bazar”da bilet var və öz qiymətindən baha satılır.

Qeyd edək ki, “Qarabağ” üçün tarixi matç avqustun 15-də saat 20:00-da başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi