“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

qarabagin-novbeti-reqibi-mueyyenlesdi
Oxunma sayı: 2590

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşacaq.

İrlandlar birinci təsnifat mərhələsində Latviyanın “Riqa” klubunu yalnız penaltilər seriyasında məğlub edə bilib.

Qeyd edək ki, “Qarabağ” ilk təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb.