“Qarabağ”ın oyunlarının vaxtı açıqlandı

qarabagin-oyunlarinin-vaxti-aciqlandi
Oxunma sayı: 2975

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə keçirəcəyi oyunların təqvimi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, ilk görüş Albaniyada olacaq.

Qarşılaşma iyulun 25-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda baş tutacaq.

Azərbaycan çempionu albanlara qarşı cavab matçını avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.