“Qarabağ”ın oyunu üçün stadion dəyişdirildi

“Qarabağ”ın oyunu üçün stadion dəyişdirildi
Oxunma sayı: 2504

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu ilə bağlı müəyyən dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la görüşün təbii örütüklü “Azersun Arena”da keçirilməsini xahiş edib. “Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası “Sumqayıt” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı dəyişikliklər həyata keçirib:
 
Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” – “Qarabağ” matçı 14 sentyabr 2018-ci il saat 20:00-da “Azersun Arena”da keçirilsin.
 
IV turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda “Sumqayıt” təsdiq edilsin.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi