“Qarabağ”ın oyununa 13 min bilet satılıb

qarabagin-oyununa-13-min-bilet-satilib
Oxunma sayı: 849

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)–“Şerif” (Moldova) oyununa satılan biletlərin sayı bəlli olub.

“Qarabağ”” klubunun mətbuat katibi Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən axşam saatlarına kimi olan məlumata görə 13 min bilet satılıb. Bu gün nə qədər biletin satıldığı isə bir neçə saatdan sonra məlum olacaq.

Qeyd edək ki, iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.