“Qarabağ”ın oyununa 15 min bilet satılıb

qarabagin-oyununa-15-min-bilet-satilib
Oxunma sayı: 5544

"Qarabağ"ın BATE ilə oyununa 15 min bilet satılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə "Qarabağ" klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
 
"Biletləri fan-şopumuzdan (Park Bulvar), Respublika stadionunun kassalarından, 28 Malldan və onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz",- deyə məlumatda bildirilib.
 
Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ"-BATE matçı avqustun 7-si, saat 21:00-da baş tutacaq.