“Qarabağ”ın oyununa 28 min bilet satılıb

qarabagin-oyununa-28-min-bilet-satilib
Oxunma sayı: 1182

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Sevilya” matçına maraq böyükdür.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan 30 min biletdən 28 mini satılıb.
 
Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.
 
Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.
 
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).