UEFA Çempionlar Liqasının pley-off matçında “Qarabağ” səfərdə “Kopenhagen”lə qarşılaşacaq. “Qafqazinfo” xəbər verir ki, bu matça bilet satışı davam edir.
Klubun rəsmi saytı vasitəsilə satışa çıxarılan biletlərin artıq xeyli hissəsi satılıb. Matçın keçiriləcəyi 40 minlik “Parken” stadionunda 6646 bilet hələ də öz alıcısını gözləyir.
Qeyd edək ki, sözügedən matç avqustun 23-ü, saat 22:45-də start götürəcək.