“Qarabağ”ın oyununa 400-dən çox avtobus ayrılıb

qarabagin-oyununa-400-den-cox-avtobus-ayrilib
Oxunma sayı: 2007

Bakı Nəqliyyat Agentliyi “Qarabağ”-“Çelsi” Oyununu izləyəcək tamaşaçılar üçün ekspress qatarlar ayırıb. "Qafqazinfo” Agentliyə istinadən xəbər verir ki, noyabrın 22-də keçiriləcək oyunda azarkeşlərin qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun (BOS) ərazisindən 3 istiqamətdə-metronun “Qara Qarayev”, “20 Yanvar” və “28 May” stansiyaları istiqamətində hərəkət edəcək. 

Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidirlər. Tamaşaçılara Şimal çıxışında eskpress xətt avtobuslarının hərəkət istiqamətini bildirən məlumat lövhələrinə diqqət yetirmələri xüsusi ilə tövsiyə edilir. Məlumat üçün bildiririk ki, şimal çıxışından sol istiqamətdə metronun “Qara Qarayev”, sağ istiqamətdə “28 May”, üzbəüz yolda isə “20 yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb. 

BOS-a şəxsi avtomobili ilə gələn tamaşaçılar nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etməlidir. Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək.